Türkiyə Prezidenti xalqın onu növbəti dəfə Prezident seçəcəyinə inandığını bildirib.
Bu barədə Türkiyə lideri Ankarada qatıldığı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, dünyanın hər bir tərəfində Türkiyə üçün dua edənlər var, ölkəsi isə bundan sonra da inkişaf və sabitlik üçün addımlarını atmağa davam edəcək.
Onun sözlərinə görə, ölkənin sosial və iqtisadi inkişafına dair bir sıra davam edən və başladılacaq layihələr mövcuddur.
Prezident Ərdoğan, həmçinin Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının hazırda 122 milyard dollar olduğunu açıqlayıb.
**15:14
Azərbaycanın Türkiyənin zəlzələ bölgəsində inşa edəcəyi min ev, məktəb və digər sosial binalar “Bir millət, iki dövlət” olmağın reallığıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, zəlzələ bölgəsində ümumilikdə 650 min mənzil və kənd evi inşa ediləcək.