Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Senzor.az bildirir ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.