Böyük Britaniya hökuməti Ukraynanın NATO-ya daxil olmasına ən qısa zamanda kömək etməlidir.
Məlumata görə, belə bir bəyanatla Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson çıxış edib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə müraciət edən Conson vurğulayıb ki, alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti NATO-nun Ukrayna ilə bağlı uzunmüddətli öhdəliklərini yerinə yetirməyə hazır olmasının mühüm sınağı olacaq.