Türkiyə Ermənistanla hava məkanını bağladı.
Senzor.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-ə müsahibəsində bildirib.
İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması qəbuledilməzdir. Bizim diplomatlarımızı, 1920-ci illərdə azərbaycanlı qardaşlarımızı şəhid edən terror qruplaşmalarını ucaltmaq üçün bunu ediblər. Bunu qəbul etməyimiz mümkün deyil. Ermənistanın bu barədə açıqlamaları isə səmimi və doğru deyil. Xoşniyyətli olmadıqlarını göstərirlər. Türkiyə hava məkanını Ermənistan üçün bağladı. Əgər bu cür davranışlarını davam etdirərlərsə, başqa tədbirlər də görəcəyik. Yalnız Ermənistanın parlament sədrinə istisna olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak üçün Türkiyəyə gəliş icazəsi verildi. Çünki bu, beynəlxalq bir iclasdır", - M.Çavuşoğlu əlavə edib.