Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanla hava məkanının bağlanılmasına dair açıqlama verib.
Məlumata görə, Kalın Ermənistanın soyqırımı ittihamlarının cavabsız qalmadığını da qeyd edib.
“Ermənistanın soyqırımı ittihamları ilə bağlı fəaliyyətinin cavabsız qalmayacağının göstəricisidir. Bu, hava məkanının bağlanması ilə nəticələnəcək”,- Kalın qeyd edib.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyənin Ermənistanla hava məkanını bağladığı barədə məlumat yayıb.