İqtisadiyyat Nazirliyinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.
Nazir qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq.
Bildirilir ki, “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.