Lyublyanada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Sloveniyanın xarici işlər naziri Samuel Zboqa arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli paylaşım edib.
O qeyd edib ki, iqtisadi, enerji, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.