Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu çərçivəsində görüş keçirib.
Bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu çərçivəsində ortaq maraqlar, tərəfdaşlığın genişlədirilməsi və daha stabil region yaratmaq üçün birgə işləmək yolları müzakirə edilib.