Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 7 saylı "ASAN Xidmət"də olub.
Senzor.az xəbər verir ki, diplomat bunu tviterdə yazıb.
O, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşüb.
“Sosial xidmət sahəsində bu cür innovativ təşəbbüsü görmək heyranedicidir”, - səfir bildirib.