Türkiyə öz hava məkanını Paşinyanın təyyarəsi üçün də bağlayıb

Türkiyə öz hava məkanını erməni VIP şəxslərin üçüncü ölkələrə uçuşları üçün bağlayıb.

 

24TV bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinə də aiddir.

 

“Hər gün Türkiyə hava məkanından uçuşlar olurdu. Lakin hazırda biz bağlamışıq. Yalnız Ermənistan parlamentinin spikeri QDİƏT-in Ankaradakı iclasına gəlib. Biz sammitə ev sahibliyi etdiyimizə görə təşkilat üzvü üçün hava məkanını bağlamaq mümkün olmadı. Təhlükəsizlik qüvvələrimizdən sonra Türkiyədə ən çox şəhid verən qurum bizik. Bunu necə qəbul edə bilərik? Biz jest etdik. Hava məkanımızı açdıq, sonra bağladıq. VİP-lər üçün də bağladıq, Paşinyanın təyyarəsi üçün də bağladıq. Onlar bu məsələlərdə israr etsələr, normallaşma prosesi kəsiləcək”, - deyə nazir bildirib.

 

Nazir bu qərarı İrəvanda 1920-ci illərdə Türkiyə və Azərbaycan siyasətçilərinin qətlini törədənlərə abidənin qoyulmazı ilə izah edərək, bunu qəbul edə bilməyəcəklərini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.