Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda xüsusi əməliyyat keçirib.
“Anadolu” agentliyi xəbər verir ki, axtarışda olan "Zerdeşt Karadeniy" kod adlı PKK terror təşkilatının xüsusi təyinatlı qrupuna aid Eyvaz Beyaz İraqın Dohuk-Gara bölgəsində zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Beyaz 1994-cü ildə terrorçulara qoşulub. O, 2010-cu ildə Sinopun Gerze, 2011-ci ildə Sinopun Boyabat və 2012-ci ildə Trabzonun Düzköy bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumların icraçısı olub.
Beyaz qırmızı sirkulyarla beynəlxalq axtarışa verilmişdi, həmçinin Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçuların “boz” siyahısına salınmışdı.