Türkiyənin Millət Alyansının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində daşlı hücum olub.
Senzor.az bildirir ki, hadisələrdən sonra mitinqə qatılan bəzi vətəndaşlar xəsarət alıb.
Qeyd edək ki, İmamoğlunun çıxıs etdiyi avtobusa mitinqdə iştirak edən şəxslər tərəfindən daşla hücum edilib.
Bu arada Ərzurumun bələdiyyə sədri Mehmet Sekmen bildirib ki, icazəsiz mitinq keçirdiyinə görə İmamoğlu barəsində cinayət işi açacaq: “İmamoğlu Elazığda baş verən zəlzələdən sonra Ərzuruma tətilə gəlmişdi. Ərzurum milliyətçi şəhərdir. Burada icazəsiz heç bir mitinq keçirilə bilməz”.