Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Moskvada keçirilən Suriya üzrə dördtərəfli görüşdə müzakirə olunan mövzuları açıqlayıb.
O, bu barədə “Twitter“ hesabında paylaşım edib.
O qeyd edib ki, tərəflər terrorla mübarizədə əməkdaşlıq, suriyalı miqrantların geri dönmələrinə dair hazırlıq işlərinin təmin edilməsini, siyasi prosesin gedişatını və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini müzakirə edib.
**12:24
Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilir.
APA xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edir.
Görüşdə əsasən, Türkiyə-Suriya münasibətlərini normallaşdırılması, terrorla mübarizə, Suriyada siyasi nizamlanmanın təşviqi, suriyalı qaçqınların təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmalar mövzuları müzakirə olunacaq.
XİN başçılarının iclasın gündəliyinə taxıl dəhlizinin təhlükəsizliyi məsələsi də daxil edilib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Suriya və İran formatında dördtərəfli danışıqlar ilk deyil. Bundan öncə, qeyd edilən ölkələrin müdafiə nazirləri və kəşfiyyat xidməti rəhbərlərinin səviyyəsində danışıqlar keçirilib.