Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Senzor.az bildirir ki, Müdafiə Nazirliyinin (MN) bu gün yaydığı ikinci məlumatda belə deyilir.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
Bir az əvvəl isə Müdafiə Nazirliyi daha bir məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.
O da vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.