Zakir Həsənov və Hulusi Akar Konyada "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər
YENİLƏNİB, FOTO

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə “Anadolu Qartalı 2023” təlimini izləyib.


Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.


Təlimlərin müşahidəçi günündə çıxış edən Akar, Hərbi Hava Qüvvələri Komandanlığının terrorla mübarizə başda olmaqla, üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirdiyini qeyd edib:


"Biz inanırıq ki, problemlərin mehriban qonşuluq münasibətləri, sülh və dialoq yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həlli mümkündür. Biz bu istiqamətdə səylər göstəririk”.


Bundan əlavə, Akar Türkiyənin Rusiya-Ukrayna müharibəsində axan qanı dayandırmaq, atəşkəs əldə etmək və sülh danışıqlarını bərpa etmək üçün işlərini davam etdirdiyini də vurğulayıb.

**13:09

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfərə gedib.


Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.


Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.


"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

**11:22

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov “Anadolu Qartalı 2023” beynəlxalq taktiki-uçuş təlimini izləyəcəklər.


Senzor.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.


Qeyd edilib ki, müdafiə nazirləri təlimləri Anadolu Qartalı Təlim Mərkəzində izləyəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.