Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.
Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.