Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş olub.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər regiondakı mövcud hərbi-siyasi vəziyyət, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Həm Paşinyanla Əliyev arasında Mişelin vasitəçiliyi ilə sabah keçiriləcək danışıqların, həm də Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Kişinyovda beştərəfli formatda keçiriləcək görüşün əhəmiyyəti qeyd edilib.
**23:28(13.05.2023)
Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında görüş başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə keçirilir.
Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında görüş keçiriləcək.
**12:45
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Paşinyan sabah Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə ikitərəfli görüş keçirəcək.
Sonra isə Azərbaycan Prezidenti İlham Əliyev və Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş təşkil olunacaq.