Türkiyədə səsvermə bülletenlərinin 95,09 sayılıb. “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,76 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,28 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,44 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
TRT xəbər verir ki, Türkiyədə seçki qutularının 98.13 faizi açılıb.
Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,62 faiz, “Millət İttifaqı” 35 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,21 faiz, “Ata İttifaqı” 2,27 faiz, “Sosialist Güc Birliyi” 0,27 səs toplayıb.
**01:42
Türkiyədə seçki qutularının 97.42 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,59 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,67 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,28 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,45 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
TRT xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,80 faiz, “Millət İttifaqı” 34,91 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,04 faiz, “Ata İttifaqı” 2,19 faiz, “Sosialist Güc Birliyi” 0,26 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
**00:24
Türkiyədə seçki qutularının 92.7 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,94 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,30 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,30 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,47 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
TRT xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 50,49 faiz, “Millət İttifaqı” 34,55 faiz, "Əmək və Azadlıq İttifaqı" 9,58 faiz, “Ata İttifaqı” 1,98 faiz, “Sosialist Güc Birliyi” 0,24 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
**23:52(14.05.2023)
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 91,10 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,01 faiz səslə öndədir.
İkinci yerdə 44,21 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,30 faiz).
Parlament seçkilərində səsvermə bülletenlərinin 83,60 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 36,11 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,49 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,70 faiz, İYİ Partiya 9,97 faiz, Yaşıl Sol Partiya 8,43 faiz səs toplayıb.
**22:54
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 76,14 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,89 faiz səslə öndədir.
Senzor.az bildirir ki, ikinci yerdə 43,30 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 60,47 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 37,16 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,30 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,38 faiz, İYİ Partiya 9,89 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.
**22:04
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 65,72 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,43 faiz səslə öndədir.
İkinci yerdə 42,74 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).
Parlament seçkilərində səsvermə bülletenlərinin 45,28 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 38,08 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,86 faiz, İYİ Partiya 9,71 faiz, Yaşıl Sol Partiya 8,10 faiz səs toplayıb.
**21:37
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 51,39 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,11 faiz səslə öndədir.
İkinci yerdə 42,02 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,34 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 27,23 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 39,39 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 20,72 faiz, Milliyyətçi Hərəkat Partiyası 12,55 faiz, İYİ Partiya 9,34 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.
**20:54
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 31,49 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,62 faiz səslə öndədir.
İkinci yerdə 40,42 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,40 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 9,79 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 44 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 17,02 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,15 faiz, İYİ Partiya 8,17 faiz, Yaşıl Sol Partiya 7,91 faiz səs toplayıb.
**19:58
Türkiyədə prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.
Mərkəzi Seçki Komissiyası bildirir ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səs qazanıb. İkinci yerdə 35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,21 faiz).
Qeyd edək ki, prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
**18:08
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Senzor.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.
Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.
İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
**09:04
Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərinə start verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq.
Qeyd edək ki, Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib. Gömrük məntəqələrində isə səsvermə bu gün saat 17:00-da başa çatacaq.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən öncəki seçkilərdə 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yenerin sözlərinə görə, ilkin nəticələr həmin gün elan olunacaq. Televiziya və radioların, ümumiyyətlə bütün KİV-in saat 18:00-dək seçki və səsvermənin nəticələri ilə bağlı xəbər, proqnoz və təhlil verməsi qadağandır. Saat 18:00-21:00 arasında yalnız MSK-nın məlumatları yayımlanacaq. Yayımlar saat 21:00-dan sonra sərbəst olacaq.
Türkiyədəki seçkilər bütün dünyada, o cümlədən Azərbaycanda böyük maraqla izlənilir.