Zelenski Kremlə dron hücumunun səbəb və məqsədini açıqladı
“RUSİYA ÖZÜ TƏŞKİL EDİB”

Rusiya rəhbərliyi Ukraynadakı hərəkətlərinə ictimaiyyət qarşısında bəraət qazandırmaq üçün Kremlə hücumu özü təşkil edib.

 

Rbc.ua-nın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya mətbuatının nümayəndələri ilə görüşündə deyib.

 

Eyni zamanda, Prezident vurğulayıb ki, Kremlə Ukrayna dronu hücum etməyib, çünki Kiyev əslində nə baş verdiyini yaxşı anlayır.

 

Zelenski əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin həmişə hansısa bir “əsas”a ehtiyacı var, ona görə də o və ya onun ətrafı hər dəfə nə isə uydurur.

 

“Açığını deyim ki, bu bizim işimiz olsaydı, deyərdik. Niyə qorxaq? O bizi hər gün bombalayır. Amma bizim mövqeyimiz ondan ibarətdir ki, biz mülki şəxslərə və Rusiya Federasiyasına atəş açmırıq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

 

Xatırladaq ki, mayın 3-də Rusiya Kremlə hücum olduğunu bildirib. Moskva bu işdə Ukraynanı ittiham edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.