İsrail ordusu “İslami Cihad” liderlərini məhv etdi

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 14-də hökumətin ənənəvi həftəlik iclasında ölkəsinin Qəzzada “İslami Cihad” liderlərini məhv etdiyini bildirib.

 

Yerli KİV xəbər verir ki, Qəzza zolağında keçirilən “Qalxan və ox” əməliyyatı zamanı İsrail ordusu Fələstinin “İslami Cihad” radikal hərəkatını (təşkilat bir çox ölkələrdə terrorçu hesab olunur və qadağan edilib – red.) bütünlüklə məhv etməyə nail olub.

 

Cihadçılara qarşı mübarizənin 5 gün davam etdiyini deyən Netanyahu vurğulayıb ki, orduya və kəşfiyyata əməliyyat keçirmək tapşırılıb və bu göstəriş yerinə yetirilib.

Baş nazir İsrail ordusunun keçirdiyi əməliyyatları yüksək qiymətləndirib. “Biz Qəzzada “İslami Cihad”ın zirvəsini tamamilə aradan qaldırdıq. Onlarla terrorçunu, 17 “Cihad” qərargahını, raket anbarlarını, tank əleyhinə qrupları və daha çoxunu məhv etdik”, - o deyib.

 

Netanyahu, həmçinin orduya peşəkarlıqlarına, israillilərə isə müqavimətlərinə görə təşəkkür edib.

 

Qeyd edək ki, mayın 11-də İsrail Müdafiə Qüvvələri “İslami Cihad”ın komandirlərindən biri olan Əli Qalinin öldürüldüyünü elan etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.