“Türkiyədə prezident və parlament seçkiləri çərçivəsində ölkə daxilində səslərin təxminən 70%-i sayılıb”.
Senzor.az bildirir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
O, səslərin hesablanmasında gecikmə olmadığını vurğulayıb. Qeyd edib ki, Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri çərçivəsində ölkə daxilində verilən səslərin 71,64%, xaricdə verilənlərin isə 18,76%-i sayılıb. Yəni bu dəqiqələrə qədər ümumilikdə səslərin 69,12%-i hesablanıb.