Rusiya ordusu son sutkada Ukrayna ərazisində daha 520 hərbçisini itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 199 980 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Ukrayna ordusu tərəfindən Rusiyaya məxsus 3 tank, 12 zirehli döyüş maşını, 13 artilleriya sistemi sıradan çıxarılıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.