Ukrayna rəsmi olaraq NATO Müştərək Kiber Müdafiə Mükəmməllik Mərkəzinə (NATO Cooperative Cyber Defence Centre of Excellence - CCDCOE) qoşulub.
Bu barədə Ukrayna XİN mətbuat xidməti məlumat yayıb.
XİN tərəfindən dərc olunan fotodan görünür ki, NATO CCDCOE Estoniyanın paytaxtı Tallin şəhərindəki qərargah binasının yanında Ukrayna bayrağı qaldırılıb.
Ukrayna XİN mərkəzin sponsoru olan ölkələrə dəvət üçün təşəkkür edib, həmçinin, Ukraynanın NATO CCDCOE üzv olması üçün göstərdiyi dəstəyə və köməyə görə Estoniya hökumətinə xüsusi minnətdarlığını bildirib.(APA)