Rusiya ordusu son sutkada Ukrayna ərazisində daha 610 hərbçisini itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 200 590 nəfərə çatıb.
Son 24 saatda Ukrayna ordusu tərəfindən həm də Rusiyaya məxsus 9 tank, 17 zirehli döyüş maşınıvə 16 artilleriya sistemi sıradan çıxarılıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.