UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində son qarşılaşma keçirilib.
Senzor.az bildirir ki, İngiltərənin "Mançester Siti" klubu öz meydanında İspaniyanın "Real" (Madrid) klubunu qəbul edib.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları B.Silva (23-cü və 37-ci dəqiqələr), E.Militao (76, avtoqol) və X.Alvarez (90+1) vurublar.
Xatırladaq ki, cütlük arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.
Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Tarixində ikinci dəfə finala yüksələn "Mançester Siti" həlledici oyunda İtaliya "İnter"i ilə qarşılaşacaq. Görüş iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.