Rusiya ordusu Ukraynanın cənubunda yerləşən Odessa şəhərindəki sənaye obyektinə raket zərbəsi endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Odessa hərbi administrasiyanın sözçüsü Sergey Bratçuk "Telegram"da məlumat paylaşıb.
Bildirilib ki, raket zərbəsi nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Rusiya ordusu Kiyevə də hücuma cəhd edib. Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko "Telegram"da bildirib ki, Kiyevə qanadlı raketlərlə hücum edilib, onların hamısı hava hücumundan müdafiə vasitələri ilə vurulub. Havada vurulan raketlərin qalıqları şəhərə düşüb və nəticədə Desnyanski rayonunda qeyri-yaşayış binasında yanğın baş verib.
Bundan əlavə, Kiyev meri Vitali Kliçko Dnepr bölgəsinə raket qalıqlarını düşdüyünü deyib. O, paytaxtda itkilərin olmadığını vurğulayıb.