Allahşükür Paşazadə Kazanda bir sıra görüşlər keçirib
FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Kazan şəhərində keçirilən "Rusiya - İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə bir sıra ikitərəfli görüşlər keçirib.

 

İdarədən Senzor.az-a bildirilib ki, QMİ sədri Rusiya Federasiyası Rusiya müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, şeyx Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyx Ravil Qaynutdin, Moskva şəhərinin müftisi Albir Krqanov, Fələstin Dövlətinin Qazil-Qüzatı Məhəmməd Əl-Həbbaş, Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin sədri Abdulla Əl-Mətuq və bir sıra digər şəxsiyyətlərlə görüşərək, ikitərəfli əlaqələrin inkişaf məsələlərini müzakirə edib.

 

Şeyxülislam A.Paşazadənin Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kiril ilə ikitərəfli görüşü də keçirilib.

 

Patriarx Kiril şeyxülislam A.Paşazadə ilə səmimi dostluq və qardaşlıq münasibətlərini, sözdə deyil, əməldə də həmfikir olmalarını çox yüksək qiymətləndirdiyini söyləyib: “Mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən hörmətli şeyx həzrətlərinə ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm".

 

QMİ sədri öz növbəsində Patriarx Kirilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırmaqdan və Patriarx həzrətləri ilə yenidən görüşməkdən şərəf duyduğunu bildirib.

 

A.Paşazadə Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirib.

 

Patriarx Kiril bundan sonra da Azərbaycan və erməni dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb. "Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim cənab Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın".

 

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə ediblər.

 

Görüşdə Rus Pravoslav kilsəsinin iyerarxları, Moskva Patriarxiyası xarici kilsələrarası əlaqələr şöbəsini sədri, mitropolit Antoniy, Moskva Patriarxiyası İşlər müdiri mitropolit Dionisiy və Kazan mitropoliti Kiril, QMİ tərəfindən Sədrin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.