Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” Gürcüstan Prezidenti Salome Zurabişvili şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin bazar günü yaydığı bəyanatda belə deyilir.
“Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz gürcü xalqından üzr istəməyincə onu persona non qrata elan edirik, onu təyyarəyə buraxmayacağıq”, - Qayaşvili açıqlamasında vurğulayıb.