Ərdoğan Nyu-Yorkdakı Türk Evinə hücumdan danışdı və Qərbi ifşa etdi: “BƏS SİZ DEMOKRAT İDİNİZ?”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəsmilərindən Nyu-Yorkdakı Türk Evinin şüşələrini sındıran şəxsi təcili tapmağı tələb edib. 

 

“Haber Global”ın məlumatına görə, o, bu barədə bazar ertəsi İstanbulda Rumeli görüşündə bildirib.

 

Dövlət başçısı ABŞ-ın timsalında Qərbin Türkiyəyə qarşı yürütdüyü riyakar siyasəti hədəf alıb.

 

“Qatillərə yol göstərərək onlara kömək etdilər. Onlar bunu ötən əsrlər ərzində dəfələrlə ediblər. Müsəlmanların və türklərin haqq və həyatına gəlincə, zülmün qarşısını almaq əvəzinə, həmişə üç meymunu oynadılar. İndi Avropada PKK gördü ki, işlər getdikcə pisləşir, seçicilərə hücum etməyə başladılar. Yetərli olmadı, ABŞ-da da BMT-nin qarşısındakı Türk Evinə hücum etdilər. Türk evinin şüşələrini sındırıblar. Bəz siz demokrat idiniz? İndi biz buradan ABŞ-ın əlahiyyətlilərinə deyirik ki, bu terrorçunu tez bir zamanda tapmaq lazımdır, lazım olanı etmək lazımdır. Maraqlıdır, oxşar vəziyyət Türkiyədə olsaydı, buna necə baxardınız? Türk Evinin şüşələrini sındıran bu terrorçunu tapmaq lazımdır. Biz nə lazımdırsa, etməyə hazırıq”, - Ərdoğan bəyan edib.

 

Xatırladaq ki, Nyu Yorkda Türkiyə Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücum olub. Binanın şüşələri sındırılıb.

 

Türkiyədə prezident seçkisi üçün səsvermə məhz bu binada keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.