Təmas Qrupunun iclasında F-16-ların Ukraynaya transferi müzakirə olunacaq

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək.


"Ukrinform" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.


Onun sözlərinə görə, mayın 25-də Ramşteyn formatında keçiriləcək görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, döyüş sursatları ilə təmin olunması, həmçinin F-16 qırıcılarının təhvil verilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.


"Yerüstü hava hücumundan müdafiə prioritet müzakirə mövzusu olacaq. Bundan əlavə F-16 təlimi ilə bağlı müzakirələr aparılacaq", - o bildirib.


Pentaqon sözçüsü həmçinin qeyd edib ki, ukraynalı pilotlar üçün təlimlər Ukraynadan kənarda, Avropadakı obyektlərdə keçiriləcək.


Qeyd edək ki, görüş onlayn formatda baş tutacaq. Xatırladaq ki, daha əvvəl də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu həftə Ramşteyn formatında növbəti görüşün keçiriləcəyini bildirmişdi.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.