Qırğızıstan və Tacikistan sərhədyanı ərazilərdə PUA istifadə etməmək barədə razılığa gəliblər.
Bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.
Məlumatda deyilir ki, bu barədə Qırğızıstanın Batken vilayətinin rəhbəri Abdikərim Alimbayev və Tacikistanın Suqd vilayətinin rəhbəri Radjobboy Əhmədzoda müzakirə aparıblar.
Həmçinin sərhəddə sülhün qorunması, təxribatlara yol verilməməsi, qarşılıqlı razılaşma əsasında su mənbələrindən istifadə edilməsi barədə razılığa gəlinib.