“Hər bir ölkənin KTMT-nin fəaliyyətini qiymətləndirmək hüququ və imkanı var”.
Bunu Rusiya Xarici işlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Biz bu təşkilatın fəaliyyətini səmərəli hesab edirik”, - o bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin fəaliyyətindən narazılığını ifadə etmişdi.