“İtaliyanın Emilia-Romagna bölgəsində baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.
“Dualarımız itkin düşənlərlədir və zərər çəkənlərə şəfa diləyirik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Emilia-Romagna bölgəsində baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı dağıntı və insan tələfatı olub.