Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Senzor.az bildirir ki, tərəflər Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Böyük Kreml sarayında danışıqlar aparıblar.
Görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsi müzakirə olunub.
Putin qeyd edib ki, Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlər fəal şəkildə inkişaf edir.
Söhbətin mövzularından biri, gözlənildiyi kimi, Azərbaycan - Ermənistan münasibətləri, Cənubi Qafqazda nizamlanma prosesi olub.