Ukrayna hərbçiləri ötən gecə Rusiyanın dronlarla kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid” vurublar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, ötən gecə Ukrayna istiqamətində rekord sayda – 54 kamikadze dronu buraxılıb.