Azərbaycan və Özbəkistan XİN başçıları strateji tərəfdaşlıqla bağlı məsələləri müzakirə ediblər

Bu gün Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.


XİN-dən Senzor.az-a verilən xəbərə görə, Özbəkistan naziri Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.


Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.


Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.