Xəbər verdiyimiz kimi, mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.
Senzor.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləmək üçün “Baku Crystal Hall”a gəliblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər.
Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.
Dövlətimizin başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət ediblər.
Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunmuşdu.