Azərbaycan və Böyük Britaniya “yaşıl enerji”yə dair konkret layihələri aktivləşdirmək istəyir
YENİLƏNİB

Azərbaycanla Böyük Britaniya arasında “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılması və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsi vacibdir.


Senzor.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson arasında keçirilən görüşdə deyilib.


Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Tərəflər həm də “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivlərini nəzərdən keçirib.


Nazir Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğunu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığını bildirib.

**11:57

“Birləşmiş Krallıq 34 milyard ABŞ dolları sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur”.


Senzor.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazovun Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə keçirilən görüşdə bildirilib.


Görüşdə tərəflər təmiz enerjiyə keçid istiqamətində, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.


Bununla bağlı P. Şahbazov özünün tviter hesabında paylaşım edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.