"İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır".
Senzor.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq "Twitter" hesabında paylaşımında bildirib.
"Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır.
Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir", - İsrail dövlət başçısı vurğulayıb.