Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2023” forumu çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla panel müzakirəsində iştirak edib.
Senzor.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Rövşən Sadıxbəyli öz “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, forum Slovakiyanın paytaxtı Bratislavada keçirilir və qlobal təhlükəsizlik problemlərinə həsr olunub.