İsrailin “BioPharmax” şirkəti Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır - FOTO

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.


Nazirliyin mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, görüş zamanı səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir.


Ölkələrimiz arasında əczaçılıq sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Teymur Musayev İsraildə əczaçılıqda güclü sənaye potensialının mövcudluğunu, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini qeyd edib.


Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “Biopharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.


Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin “BioPharmax” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.