BP-nin vitse-prezidenti Bakıda bir sıra görüşlər keçirəcək

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda üçgünlük səfərdədir. Səfərin məqsədi Azərbaycanda enerji sənayesi sahəsində ilin ən böyük və ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməkdir.


BP-dən verilən məlumata görə, səfər proqramı çərçivəsində həmçinin Qordonun Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovla, iqtisadiyyat naziri Mikayıl Cabbarovla, energetika naziri Pərviz Şahbazovla və SOCAR-ın prezidenti Rövşən Nəcəflə işgüzar görüşləri də planlaşdırılır.


Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.


Səfər çərçivəsində Birrel həmçinin BP-nin regional rəhbərliyi ilə görüşlər keçirəcək və hazırda dənizə yola salınmağa hazır vəziyyətdə olan ACE platformasının üst modullarındakı son sınaq işlərini görmək məqsədilə Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.