Mikayıl Cabbarov Tbilisidə Qaribaşvili ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.


Gürcüstanın hökumət administrasiyası xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət dinamikasını və ölkələr arasında mövcud olan strateji tərəfdaşlığın əsas istiqamətlərini nəzərdən keçiriblər. Qeyd olunub ki, Baş nazir siyasi dialoqun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.


Görüş zamanı Gürcüstan və Azərbaycanın qlobal və regional əhəmiyyətli enerji, nəqliyyat və digər sahələrdə uğurlu birgə iqtisadi layihələr həyata keçirdiyi vurğulanıb, gələcəkdə daha sıx əməkdaşlığa hazırlıq ifadə edilib.


Görüş zamanı Gürcüstanın investisiya potensialına diqqət yetirilib. Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağı formalaşdırmaqdır. Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yeni xəttinin tikinti işlərinin sürətlə aparılmasının vacibliyi vurğulanıb.


Baş nazir Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tbilisidə keçiriləcək “İpək Yolu Forumu”na dəvət edib.


Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.