Polşa xarici işlər nazirinin müavini Piotr Vavrşik Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovu qəbul edib.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Polşa-Azərbaycan münasibətləri, iqtisadi əməkdaşlıq və Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti müzakirə olunub.