AŞPA həmməruzəçiləri Bakıda müstəqil KİV nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüblər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) iyunun 6-da Azərbaycanın   müstəqil media qurumlarının nümayəndələri ilə görüşüblər.

 

Turan bildirir ki, görüşdə medianın vəziyyəti müzakirə olunub.

 

Media ictimaiyyətinin nümayəndələri mətbuat və informasiya azadlığının məhdudlaşdırıldığını qeyd ediblər.

 

AŞPA həmməruzəçiləri bir qrup hüquqşünas və hüquq müdafiəçisi ilə də görüşüblər. Vəkil Əsabəli Mustafayev bildiribr ki, görüşdə vəkillər Azərbaycanda insan haqları, o cümlədən sərbəst toplaşmaq, söz, birləşmək azadlığı ilə bağlı vəziyyətini həmməruzəçilərin diqqətinə çatdırıblar: "O cümlədən siyasi məhbuslar problemi ilə bağlı danışdıq. Bəxtiyar Hacıyevin və İlkin Süleymanovun məsələsi da diqqətlərinə çatdırılıb. Həmçinin biz sənədləri də təqdim etdik. Mən 2014-cü ildə QHT-lərə qarşı cinayət işi çərçivəsində o vaxtkı Baş prokuror Zakir Qaralovun imzaladığı QHT-lərin bank hesablarına həbs qoyulması barədə qərarın surətini təqdim etdim. Bildirdim ki, qərar 11 aydan çox qüvvədə qala bilməz, amma bu qərar 9 il keçməsinə baxmayaraq hələ də qüvvədədir".

 

O, qeyd edib ki, görüşün nəticələrin olacağına ümidlidir.

 

AŞPA nümayəndələri öz növbəsində əldə etdikləri məlumatlardan Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirən hesabatın hazırlanmasında istifadə edəcəklərini bildiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.