Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter“ hesabında paylaşım edilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycanda səlahiyyət müddəti başa çatan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Səngərə xidmətlərinə və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkür edilib.
Həmçinin cəmiyyətin yeni nümayəndəsi Hüseyn Çıtaka vəzifəsində uğurlar arzulanıb.