Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını elan edib.
Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
"Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir", - Rusiya lideri bildirib.
O qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir.
Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb: “Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz addımlarımızı bu reallıqlardan çıxış edərək atacağıq”.