Gürcüstanın Baş naziri Berlində Almaniya Kansleri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Berlində Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

 

Görüşdə dünyada gedən proseslər, yeni çağırışlar, o cümlədən Cənubi Qafqazda cərəyan edən hadisələr, sülh danışıqları, həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri diqqət mərkəzində olub.

 

İrakli Qaribaşvili, eyni zamanda, Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı addımlar, həyata keçirilən islahatlar və Avropa Komissiyasının 12 tövsiyəsinin həyata keçirilməsində əldə olunan mühüm irəliləyişlər barədə Olaf Şoltsa ətraflı məlumat verib.

 

Söhbət zamanı dünyada və regionda təhlükəsizlik mühiti, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası və son illərdə əldə olunan irəliləyişlərə də toxunulub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.