"Mançester Siti" ilk dəfə Çempionlar Liqasının qalibi oldu – ƏRDOĞANDAN TƏBRİK
FOTO

UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

 

Senzor.az bildirir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşmada yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb və ispaniyalı yarımmüdafiəçi dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

 

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb. 

Yeri gəlmişkən, oyunu Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, FİFA prezidenti Canni İnfantino, UEFA prezidenti Aleksander Çeferin və “Mançester Siti”nin prezidenti Şeyx Mənsurla birlikdə tribunalardan izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Mançester Siti” klubunu təbrik edib. O, qarşılaşmadan sonra “Tvitter” hesabındakı paylaşımında yazıb: “Sivilizasiyaların beşiyi, Türkiyənin göz bəbəyi İstanbulumuzun ev sahibliyi ilə Atatürk Olimpiya Stadionunda oynayan dünyanın ən böyük idman təşkilatlarından biri olan Çempionlar Liqasının finalında çempionluq qazanan “Mançester Siti” komandasını təbrik edirəm.

 

Türkiyənin qonaqpərvərliyini bir daha sübut edən və bu böyük tədbiri rahat və uğurlu təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.




 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.