Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 215 640 hərbçisi məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 926 tank, 7 631 zirehli maşın, 3 300 operativ-taktiki PUA, 3 736 artilleriya sistemi, 362 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 299 helikopter, 6 461 avtomobil və tanker, 509 xüsusi texnikadan ibarətdir.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, Ukrayna ordusu son günlər cəbhənin azı 10 istiqamətində əks-hücum əməliyyatları aparıb: “Xüsusi aktivlik Luqansk vilayətinin Beloqorovka istiqamətində Baxmut rayonunda, Donetsk və Zaporojye vilayətlərinin sərhədindəki Bolşoy Novoselka, Zaporojye vilayətinin Orexovo rayonunda qeydə alınıb. Ukrayna ordusu Orexovodan cənub-qərb və cənub-şərq istiqamətinə taktiki irəliləyişlər əldə edib. Ukraynanın bu uğurlarını rusiyalı hərbi jurnalistlər də təsdiq edirlər”.